Qobustan rayonunda 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir və mükafatlandırma oldu.
Qobustan rayonunda 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir və mükafatlandırma oldu.
Qobustan rayonunda 23 iyun “Dövlət Qulluqçuları” peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi. Rayonda çalışan dövlət qulluqçuları Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə qızılgüllər, tər qərənfillər düzdülər.
Qobustan Rayon icra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov dövlət qulluqçularını təbrik etdi. Onlara gələcəkdə çətin və şərəfli işlərində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd etdi ki, hər bir dövlət qulluqçusu xalqın xidmətçisidir. 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
İndi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 30 minə yaxın dövlət qulluqçusu çalışır. 10 mindən çox şəxs isə dövlət qulluqçusu kimi pensiya alır. Onuda qeyd edək ki, Qobustan rayonunda 145 nəfər dövlət qulluqçusu var. Onlardan 117 nəfəri kişi, 28 nəfəri isə qadın dövlət qulluqçularıdır.
Qobustan rayon İcra Hakimiyyətinin başçısı dövlət qulluğunda fərqlənən dövlət qulluqçularına fəxri fərmanlar təqdim etdi. Sonda tədbir konser proqramı ilə davam etdi.