Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda Silahlı Qüvvələr Gününün 100 illiyi

26 iyun 2018 | 16:00

Azərbaycanda Silahlı Qüvvələr Gününün 100 illiyi

   Bu gün biz Azərbaycan Slahlı Qüvvələr Gününün 100 illiyini qeyd edirik. 1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
   Xalqımızın ümummilli lideri Heydər Əliyevin  1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci il 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.
   Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir: “Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan Ordusu nəinki bölgədə, dünyada həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə güclü ordular sırasındadır. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir!”
   Cari ilin aprel hadisələri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. 2016-cı ilin 2 aprel tarixində cəbhəyanı ərazilərdə məskunlaşan mülki əhali hədəfə alınaraq Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində mövqeləri ağır silahlardan intensiv atəşə məruz qaldı. Ermənistan təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan ordusu lazımi addımlar atdı. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağı altında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacaqdır, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.
    Bu gün biz həm Silahlı Qüvvələr Gününün 100 illiyini,həm də 6 noyabr 2007-ci il tarixdə Füzuli rayonu Horadiz yaxınlığında xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş zabit Babayev Valeh Dadaş oğlunun xatirəsinə inşa olunmuş bulağın açılışını qeyd edirik. Babayev Valeh 14.07.1977-ci ildə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuşdur.1983-1994-cü illərdə həmin kənddə orta təhsil almışdır.1994-1998-ci illərdə bakı Ali Ümumqoşun Komandirlər məktəbində ali təhsil almış,leytenant hərbi rütbəsi verilməklə xidmət üçün ön cəbhəyə yollanmışdır.6 noyabr 2007-ci ildə Füzuli rayonu Horadiz yaxınlığında şəhid olmuşdur.
   Azərbaycan Respublikası Prezidenti adından “Qüsursuz xidmətə görə”3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
  Şəhid Babayev Valeh Dadaş oğlu evil idi. İki övladı var. Qızı Aydanın 16, oğlu Səidin 15 yaşı var.

Keçidlər