Qobustan rayon Cəyirli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.
Qobustan rayon Cəyirli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Cəyirli kənd İƏD üzrə nümayəndə Rahib Mehtiyev hesabat verərək il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki , əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır.
Sonra kənd əhalisindən İbrahimov Şirzad Mirzə oğlu, Ağayev Ağakişi Baladadaş oğlu və Babayev Soltanəli Yadigar oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün yeni kombayların kəndə gətirilməsini, uşaq bağçasının tikilməsini və tibb məntəqəsinin tikilməsini xahiş etdilər.
Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin qənaətbəxş hesab edildiyini qeyd etdi. Sonra qeyd etdi ki, biçin vaxtıdır, ona görə də daha da diqqətli olub taxıl sahələrimizi qorumalıyıq. Rayonmuzda hər həftənin şənbə-bazar günləri yarmarka keçrilir. Cəyirli kənd əhalisini də daha aktiv iştirak etməyə çağırdı.
Vətəndaşlara bildirlidi ki, kənd sakinlərinin qeyd etdikləri problemlərin də yaxın zamanlarda həll olunması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.