Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Dərəkənd kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

11 iyul 2018 | 16:00

       Qobustan rayon Dərəkənd kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Dərəkənd kənd İƏD üzrə nümayəndə Lalə Maxsudovahesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki , əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır.
      Sonra kənd əhalisindən Ədilov Ziyafəddin Nuralı oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Kənd əhalisinin rahatlığı üçün kəndə gələn yolun əsaslı təmir olunmasını xahiş etdi.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini qeyd etdi. Sonra qeyd etdi ki, biçin vaxtıdır, ona görə də daha da diqqətli olub taxıl sahələrimizi qorumalıyıq. Rayonmuzda hər həftənin şənbə-bazar günləri yarmarka keçrilir. Dərəkənd kənd əhalisini də daha aktiv iştirak etməyə çağırdı.

  Vətəndaşlara bildirlidi ki, kənd yolunun tez bir zamanda asfalt örtüyü verilərək kəndin yol problemidə öz həllini tapacaq.

 

 

 

Keçidlər