Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Çuxanlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

18 iyul 2018 | 16:00

     Qobustan rayon Çuxanlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Çuxanlı kənd İƏD üzrə nümayəndə Hüseyinov Hüseyinağa hesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki , əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
      Sonra kənd əhalisindən Ələkbərov İlyas Balabəy oğlu, Qurbanov Məmməd Heybət oğlu və Yaqubov Şahsoltan Məhəmməd oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Kənd əhalisinin rahatlığı üçün heyvanların peyvəndlərinin vaxtlı vaxtında olunmasını, Azərişıq tərəfindən göndərilən bildirişlərdə Barmek borclarının silinməsini və İşıq dirəklərinin əsaslı təmir olunmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin  qənaətbəxş hesab edildiyini qeyd etdi. Sonra qeyd etdi ki, biçin vaxtıdır, ona görə də daha da diqqətli olub taxıl sahələrimizi qorumalıyıq. Rayonmuzda hər həftənin şənbə-bazar günləri yarmarka keçrilir. Çuxanlı kənd əhalisini də daha aktiv iştirak etməyə çağırdı.

  Vətəndaşlara bildirlidi ki, göstərilən məsələlərdə tez bir zamanda öz həllini tapacaq.

 

Keçidlər