Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam sülh və əmin-amanlıq dinidir”

05 sentyabr 2018 | 16:00

              Sentyabrın 5-də Qobustan Rayyon İcra Hakimiyyətinin və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Qobustan şəhəri 2 saylı tam orta məktəbində “Beynəlxalq Sülh Aylığı” çərçivəsində “İslam dini sülh və əmin-amanlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
             Tədbirdə Qobustan RİH Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Cavid Əhmədov, Qobustan RPŞ-in rəis müavini Rövşən Məmmədov, məktəbin direktoru Vüsalə Mamedova, müəllimlər, mədəniyyət işçiləri və valideyinlər iştirak etmişlər.
              Tədbiri giriş sözü ilə açan Qobustan RİH Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov bildirib ki, dini radikalizm beynəlxalq sülhə təhlükə yaradır və ictimai təhlükəsizliyimizə  əsas maneələrdən biridir.
              DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri R.Rəhimli çıxış edərək İslam dininin sülh dini olmasını vurğulamış, ölkəmizdə din-dövlət münasibətlərinin məhz həmrəylik və əmin amanlıq meyarlarına əsaslandığını bildirmişdir.
              Daha sonra çıxış edən Qobustan RPŞ-nin rəis müavini R.Məmmədov, məktəbin direktoru V.Mamedova və başqaları İslam dininin mənəvi dəyərlərindən, ölkə başçısının dini konfessiyalara ayırdığı diqqət və qayğıdan, Azərbaycanda din-dövlət münasibətlərinin dünyaya bir nümunə olmasından bəhs etmişlər.
              Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər