Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Ərəbqədim kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

06 sentyabr 2018 | 16:00

      Qobustan rayon Ərəbqədim kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Ərəbqədim kənd İƏD üzrə nümayəndə Mahmudov Məzahir hesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki , əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
      Sonra kənd əhalisindən Rəcəbov Rövşən Qurban oğlu, Misirov Oruc Əlcuan oğlu, Sahibov Eynulla Əli oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Kənd əhalisinin rahatlığı üçün kənd yoluna asfalt örtüyü verilməsini, kəndin yaxınlığındakı suyun evlərə çəkilməsini və işıq dirəklərinin əsaslı təmir olunmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov Ərəbqədim kəndinin problemləri ilə yaxından tanış olduğunu bildirdi, qeyd etdi ki, Ərəbqədim kəndi Qobustan rayonunda suyun olmamasından ən əziyyət çəkən kəndlərdən bir idi. Biz böyük çətinliklərlə suyun kəndə gəlişini təmin edə bilmişik və hər bir evin su ilə təmin olunması ilə əlaqədar Azərsu qarşısında məsələ qaldırmışıq. Onlar bizə növbəti illərdə bu məsələnin həllini tapacağını bildiriblər. Yol ilə bağlı onu qeyd etdi ki, bir neçə ildir 6 yaşayış məntəqəsini birləşdirən Qobustan - Poladlı yolunun çəkilməsinə artıq nail olmuşuq. Qobustan-Ərəbqədim yolunun Dövlət proqramında 2019-ci ildə çəkilməsi nəzərdə tutulub. Kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl olunaraq əkilməsinin və ziyanvericilərə qarşı aparılan mübarizənin  vacib olduğunu qeyd etdi. Sonra qeyd etdi ki, rayonumuza göstərilən bu qayğıya görə cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Rayonmuzda hər həftənin şənbə-bazar günləri yarmarka keçrilir. Ərəbqədim kənd əhalisini də daha aktiv iştirak etməyə çağırdı.

  Vətəndaşlara bildirlidi ki, göstərilən məsələlər də tez bir zamanda öz həllini tapacaq.

 

Keçidlər