Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması”

12 sentyabr 2018 | 16:00

  12 sentyabr 2018-ci il tarixdə Qobustan rayonunda Qobustan rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən xidmət ərazisinə daxil olan Qobustan  rayonu ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, vətəndaşsızlıq vəziyyətində olan şəxslər, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və  bələdiyyə üzvləri, həmçinin aidiyyəti dövlət qurumları, məhkəmə, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işçiləri, ictimai təşkilatların nümayəndələri olmaqla ümümilikdə 83 nəfərin iştirakı ilə “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbiri Qobustan rayon İcra Hakimiyyətinin başçısının müavini Əkbərov Məharət Xalis oğlu açıq elan etmiş, Dövlət Miqrasiya Xidmətinin  həyata keçirdiyi maarifləndirmə tədbirlərin davamı olaraq Qobustanda tədbirin keçirilməsinin əhəmiyyəti  barədə məlumat vermiş, daha sonra Dövlət Miqrasiya Xidmətinin məsul vəzifəli şəxslərinə çıxış üçün söz verilmşdir. Çıxışlarda “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti” barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görülmüşdür.
Tədbir iştirakçılarına miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərlə bağlı məlumatların verilməsi,   əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, həmçinin vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış videoslaydlardan istifadə etməklə ətraflı və geniş məlumatlar verilmişdir. Tədbirin mövzusu ilə bağlı Xidmət tərəfindən hazırlanmış bukletlər və tələb olunan sənəd siyahıları tədbir iştirakçılarına təqdim olunmuş, onları maraqlandıran suallar qanunamüvafiq qaydada  cavablandırılmışdır.
Tədbirin sonunda  müraciət edən şəxsərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı, Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi həmçinin müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı səyyar xidmət göstərilmiş, rayon ərazisindən kənarda yaşayıb miqrasiya ilə bağlı gəlməkdə çətinliyi olan şəxslərin müvafiq müraciətləri qəbul edilmişdir.

Qobustan rayon icra hakimiyyəti başçısının müavini Məharət Əkbərov tədbir iştirakçıları adından vətəndaş məmunluğunun təmin edilməsi məqsədilə belə bir maarifləndirmə tədbiri təşkil etdikləri üçün Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Keçidlər