Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Yekəxana kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

19 sentyabr 2018 | 16:00

Qobustan rayon Yekəxana kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Yekəxana kənd üzrə nümayəndə Astanov Tarverdi hesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. Yekəxana kəndinin ümumi ərazisi 2502 hektar, əhalisi isə 1088 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 575 hektardır. Kənddə 260 təsərrüfat 144 yaşayış evi var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Xüsusi ilə nar bağları vətəndaşlar üçün əhəmiyyətlidir.
      Sonra kənd əhalisindən Qabulov Ağagül Ağayar oğlu, Hacatov Nizam Hazay oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Kənd əhalisinin rahatlığı üçün kənd yoluna asfalt örtüyü verilməsini, kəndin yaxınlığındakı suyun evlərə çəkilməsini və işıq dirəklərinin əsaslı təmir olunmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov Yekəxana kəndinin problemləri ilə yaxından tanış olduğunu bildirdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu və aidiyyatı üzrə işlər görüldüyünü bildirdi. Yol ilə bağlı onu qeyd etdi ki, bir neçə ildir 6 yaşayış məntəqəsini birləşdirən Qobustan - Poladlı yolunun çəkilməsinə artıq nail olmuşuq.

   Kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl olunaraq əkilməsinin və ziyanvericilərə qarşı aparılan mübarizənin  vacib olduğunu qeyd etdi. Sonra qeyd etdi ki, rayonumuza göstərilən bu qayğıya görə cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.

  Vətəndaşlara bildirlidi ki, göstərilən məsələlər də tez bir zamanda öz həllini tapacaq.

Keçidlər