Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda Müstəqillik günü və şəhər günü qeyd edildi.

20 oktyabr 2018 | 16:00

20.10.2017- ci il tarixdə Qobustanın şəhər günü qeyd edildi.

    Tədbir ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma ilə başladı. Gül qoyma mərasimində idarə-müəssisə rəhbərləri, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Tədbir sonra Qobustan rayon Gənclər Mərkəzində davam etdi.
   Tədbiri Qobustan rayon icra hakimiyyətinin başçısının müavini Məharət Əkbərov giriş sözü ilə açdı və geniş məruzə ilə çıxış etdi:
Məhz cənab Prezidentimizin təşəbbüsü nəticəsində vaxtilə kiçik bir qəsəbə və kənddən ibarət olan, sosial infrastruktur və abadlıq baxımından demək olar ki,  heç bir inkişafı olmayan 2 yaşayış məntəqəsi birləşdirilərək  23.10.2008 – ci ildə müasir Qobustan şəhəri yaradılmış və qısa müddətdə burada görülən işlər  bizə deməyə əsas verir ki, yaxın gələcəkdə Qobustan şəhəri respublikamızın ən abad, gözəl bir şəhərinə çevriləcəkdir.
        Qobustan rayonunda inkişaf yalnız Qobustan şəhəri ilə məhdudlaşmır, bizim kəndlərimizin bir çoxunda artıq, içməli su, yol, məktəb, rabitə, elektrik enerjisi ilə təminat məsələləri öz müsbət həllini tapmışdır.
       Rayonumuza göstərdiyi bu yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimizə rayon ictimaiyyəti adından öz dərin minnətdarlığımızı bildiririk.
     Rəsmi hissəsi bitdikdən sonra tədbir konsert tanınmış sənətçilərin ifaları ilə davam etdi.

 

Keçidlər