Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Poladlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

08 noyabr 2018 | 16:00

    Qobustan rayon Poladlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Poladlı kənd üzrə nümayəndə Ağayev Teymur hesabat verərək  il ərzində kənddə görülən işlər barədə danişdı. Poladlı kəndinin ümumi ərazisi 8469 hektar, əhalisi isə 1808 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 1690 hektardır. Kənddə 428 təsərrüfat 270 yaşayış evi var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Xüsusi ilə nar bağları vətəndaşlar üçün əhəmiyyətlidir.
      Sonra kənd əhalisindən İsmayılov Tofiq Soltan oğlu, İsmayılov Qurban Balaş oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Kənd əhalisinin rahatlığı üçün kənd məktəbinin yenidən tikilməsini və kəndin yaxınlığındakı qəbiristanlığın hasara alınmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu və aidiyyatı üzrə işlər görüldüyünü bildirdi. Yol ilə bağlı onu qeyd etdi ki, bir neçə ildir 6 yaşayış məntəqəsini birləşdirən Qobustan - Poladlı yolunun çəkilməsinə artıq nail olmuşuq. Artıq bu kəndimizdə də yol problemi öz müsbət həllini tapdı. Kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin aqrotexniki qaydalara əməl olunaraq əkilməsinin və ziyanvericilərə qarşı aparılan mübarizənin  vacib olduğunu qeyd etdi. Sonra qeyd etdi ki, rayonumuza göstərilən bu qayğıya görə cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.

  Vətəndaşlara bildirlidi ki, göstərilən məsələlər də tez bir zamanda öz həllini tapacaq.

Keçidlər