Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayrağımız qürurumuzdur”

07 noyabr 2018 | 16:00

     Qobustan raynunuda  9 Noyabr Bayraq Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur”adlı bayram tədbiri keçirildi. Tədbirdə Qobustan Rayon İcra hakimiyyəti Başçısının müavini Təranə Güləliyeva, Azərbaycan Respublikası Prezidenti  yanında Bilik Fondunun məsul nümayəndəsi  Elvin Hətəmov ,məktəb kollektivləri ilə  yanaşı, idarə rəhbərləri və ictimayyət nümayındələri iştirak edib.
  Tədbiri giriş sözü ilə Qobustan Rayon İcra hakimiyyəti Başçısının müavini Təranə Güləliyeva açaraq Milli Bayrağımızın keçdiyi şanlı,tarixi yol haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki,  Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
   Tədbir gənc müəllimlərin hazırladığı  bədii proqramla davam etdirildi. Şagirdlər vətənə, bayrağa həsr edilmiş  maraqlı kompazisiya, şeir, mahnı,rəqslərlə  hər kəsi sevindirdilər.

Keçidlər