Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Sədəfli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi.

16 noyabr 2018 | 16:00

     Qobustan rayon Sədəfli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi. Görüşdə ilk öncə Bədəlli kənd İƏD üzrə nümayəndə Ağayev Hamlet hesabat verərək  il ərzində Sədəfli kəndində görülən işlər barədə danişdı. Sədəfli kəndinin ümumi ərazisi 1309 hektar, əhalisi isə 370 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 322 hektardır. Kənddə 92 təsərrüfat 49 yaşayış evi var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 
      Sonra kənd əhalisindən Qədirov Elşən Nadirxan oğlu, Mövlamov Qubat Novruz oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün kəndə qaz xəttinin və asfalt örtüylü yolun çəkilməsini xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu bildirdi. 2018- ci ildə ikinci dəfədir ki, Sədəfli kəndində əhalinin problemləri ilə yerindəcə tanış olmaq üçün bu kənddə iştirak etdiyini bildirdi. Son dövürlər Sədəfli kəndində bir yeni modul tipli məktəbin tikilməsi, su xəttinin çəkilməsi, yeni elektrik transformatorun quraşdırılması, kəndə gələn elektrik dirəklərinin dəyişdirilməsi və 3.5 km məsafədən FO kabel xətti çəkildiyini əhalinin nəzərinə çatdırdı. Yaxın vaxtlarda da kəndə internet verilməsi nəzərdə tutulmuşdur. Yol ilə bağlı onu qeyd etdi ki, bir neçə ildir 6 yaşayış məntəqəsini birləşdirən Qobustan - Poladlı yolunun çəkilməsinə artıq nail olmuşuq. Bakı-Şamaxı magistral avtomobil yolundan Sədəfli kəndinə qədər olan 5 km yolun artıq 1 km -i Qobustan - Poladlı yolunun çəkilişində öz həllini tapacaqdır. Qalan 4 km -lik yolun da zamanı gələndə həll olunacağını bildirdi. RİH başçısı cənab Adil Məmmədov əhalini narahat edən qaz ilə bağlı problem artıq Şıxzahırlı kəndində başa çatdığını bildirdi və Sədəfli kəndinin qazlaşması ilə əlaqədar Azəriqaz qarşısında məsələ qaldırılacağını bildirdi. Sonra İcra Başçısı əkinçiliyə vaxt ayıraraq 322 ha əkinə yararlı olan torpaq sahəsindən 50 hektar əkilməsinin pis hal olduğunu qeyd etdi. Sədəfli kəndində bir ədəd belə şum traktorunun olmamasına görə İƏD üzrə nümayəndə H.Ağayevə fermerlərlə bu barədə maarifləndirici tədbir aparmasını və qısa zamanda öz həllini tapmasını tapşırdı.

Keçidlər