“Ölkəmizi tanıyaq” tur aksiyası öncəsi şagirdlərə tövsiyələr verildi.
Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyası öncəsində məktəblilər və onların valideyinləri ilə görüş keçirildi.
Tədbirdə RİH-ni başçısı cənab Adil Məmmədovda iştirak etdi. Cənab Başçı məruzə ilə çıxış edərək tur aksiyasının mahiyyətindən danışdı. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ölkəmizdə ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrini əhatə edən bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak etmişdir.
Əziz şagirdlər !
Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan Azərbaycanımız çox hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla, çox yüksək bir sürətlə inkişaf edir.
Bu inkişafın əbədi və davamlı olması üçün hər bir şagird doğma vətənimizin keçmişini diqqətlə öyrənməli, elmlərə yüksək səviyyədə yiyələnməli, yüksək mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna sahib olmalıdır. Getdiyiniz bölgələrdə Siz rayonumuzu yüksək səviyyədə təmsil etməli, nümunə olmalısınız. İnanırıq ki, belə də olacadır. Hər birinizə uğurlar arzulayırıq.