Qobustan rayon Sündü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi.
Qobustan rayon Sündü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi. Görüşdə ilk öncə Sündü kənd İƏD üzrə nümayəndə Fədai Balaqardaşov hesabat verərək il ərzində Sündü kəndində görülən işlər barədə danişdı. Sündü kəndinin ümumi ərazisi 3776 hektar, əhalisi isə 3100 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 2219 hektardır. Kənddə 629 təsərrüfat var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Sonra kənd əhalisindən Məlikov Ziya Hacı oğlu, Məmmədov Hüseyn Gülümoğlan oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün kəndəki məktəbin yenidən tikilməsini, Telefon xətlərinin təmir olunması, internetin sürətinin artırılması və elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını xahiş etdilər.
Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu bildirdi. 2018- ci ildə ikinci dəfədir ki, Sündü kəndində əhalinin problemləri ilə yerindəcə tanış olmaq üçün bu kənddə iştirak etdiyini bildirdi. Sonra İcra Başçısı əkinçiliyə vaxt ayıraraq 2219 ha əkinə yararlı olan torpaq sahəsindən 2150 hektar əkilməsinin yaxşı hal olduğunu qeyd etdi. Sündü kəndində ziyanvericilərə qarşı mübarizə aparmaq üçün İƏD üzrə nümayəndə F.Balaqardaşova fermerlərlə bu barədə maarifləndirici tədbir aparmasını və qısa zamanda öz həllini tapmasını tapşırdı.