Qobustan - Poladlı avtomobil yolunun tikintisi davam edir.
“Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Qobustan - Poladlı avtomobil yolunun tikintisi davam edir. Poladlı-Yekəxana-Bədəlli avtomobil yolu 14.5 km olmaqla 6 yaşayış məntəqəsini (Poladlı, Yekəxana, Təsi, Sədəfli, Bədəlli kəndlərini və Üzümçü qəsəbəsini) əhatə edir. Həmin məntəqələrdə ümumilikdə 5062 nəfər əhali yaşayır. Kənd sakinləri rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.
Yolun çəkilişi sonlanana qədər kənd sakinləri öz daxili imkanları hesabına kəndin ara yollarınında təmirinə başlayıblar. İşlər davam edir.