Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” tədbiri
28 dekabr Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” tədbiri keçirildi.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının kollektivləri və rayon əhalisi iştirak etdilər. Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Məmmədov tədbirdə çıxış edərək ötən 2018-ci ildə rayonumuzda aparılan sosial-iqtisadi inkişafdan danışdı, qarşıdakı 2019-cı ildə görüləcək işlər barədə ətraflı məlumat verdi. Cənab Adil Məmmədov vurğuladı ki, bu inkişaf Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir. Rayonun rəhbəri bütün qobustaqnlıları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
Rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər, ifalar səsləndirildi.Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.