“Vətəni sevgisi imandandır”
8 yanvar 2019-ci il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Qobustan rayon İcra Hakimiyyətinin və Qobustan rayon Çalov kənd məscidi dini icmasının təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətəni sevgisi imandandır” adlı layihə çərçivəsində “Vətən nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Cəyirli kəndi “İmam Zaman” məscidi dini icmasının sədri Məzahir Axundov və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov vətən anlayışının müqəddəs olmasından, cəmiyyətdə vətən, torpaq sevgisinin azalmasının bir çox sosial və mənəvi problemlərə yol açdığını qeyd edib. O, qeyd edib ki, vətən amalı, torpaq sevgisi bizim hər birimizin müqəddəs missiyası, borcudur.
Çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov vətən sevgisinin əhəmiyyətindən və onun milli-mənəvi dəyərlərimizin ən əsas hissəsi olmasından bəhs edib.
Daha sonra çıxış edən Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, kənd ağsaqqallarından olan Məmmədağa Məmmədov İslamda vətən anlayışının dəyərindən, vətənə bağlılığın dində vacib olmasından, vətəni qorumağın, yaşatmağın hər bir vətəndaşın vəzifəsi olmasından bəhs ediblər.
Tədbirdə həmçinin dini radikalizim və onun fəsadları barədə danışılmış, hərkəsi belə hallara qarşı mübariz olmağa tövsiyyə edilmişdir.
Sonda tədbir iştirakçıarını maraqandıran suallar cavabandırılıb.