Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Xilmilli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi.

11 yanvar 2019 | 16:00

   Qobustan rayon Xilmilli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi. Görüşdə ilk öncə Xilmilli kənd İƏD üzrə nümayəndə Adil Bayramov hesabat verərək  il ərzində Xilmilli kəndində görülən işlər barədə danişdı. Xilmilli kəndinin ümumi ərazisi 18280 hektar, əhalisi isə 2053 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 5700 hektardır. Kənddə 330 təsərrüfat var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
      Sonra kənd əhalisindən Xələfov Ağasalah Mustafa oğlu, Tağıyev Fəzail Nemət oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün kəndin yaxınlığındakı çayın suyunun kəndə çəkilməsini və örüş torpaq sahələrinin əkilməsi ilə əlaqədar yaranmış problemin həll olunmasını xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu bildirdi. 2019- ci ildə birinci dəfədir ki, Xilmilli kəndində əhalinin problemləri ilə yerindəcə tanış olmaq üçün bu kənddə iştirak etdiyini bildirdi. Sonra İcra başçısı əkinçiliyə vaxt ayıraraq 5700 ha əkinə yararlı olan torpaq sahəsindən 5510 hektar əkilməsinin yaxşı hal olduğunu qeyd etdi. Xilmilli kəndində ziyanvericilərə qarşı mübarizə aparmaq üçün  İƏD üzrə nümayəndə A.Bayramova fermerlərlə bu barədə maarifləndirici tədbir aparmasını və qısa zamanda öz həllini tapmasını tapşırdı. Sonda ölkə prezdenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətindən söhbət açdı. Rayonumuzda  aparılan quruculuq-abadlıq işləri haqqında məlumat verən cənab Adil Məmmədov ölkə rəhbərinə öz təşəkkürünü bildirdi. 

Keçidlər