Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Cəngi kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.

18 yanvar 2019 | 16:00

    Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsinə daxil olan Cəngi kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Nabur kənd İƏD üzrə nümayəndə Vidadi Museyibov hesabat verərək  il ərzində Cəngi kəndində görülən işlər barədə danişdı. Cəngi kəndinin əhalisi 124 nəfərdir.  Kənddə 69 təsərrüfat var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır.
      Sonra kənd əhalisindən Orucov Zöhrab Ərzuman oğlu, Kərimov Şahin Babayar oğlu,Kərimov Cəlil Babayar və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün kəndə içməli su, mavi qaz xəttinin çəkilməsini və ümumi orta məktəbdə oxuyan şagirdlər üçün məktəbə tam orta məktəb statusu verilməsini xahiş etdilər.
      Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu bildirdi.  Cəngi kəndində əhalinin problemləri ilə yerindəcə tanış olmaq üçün bu kənddə iştirak etdiyini bildirdi. Kənd sakinləri tərəfindən qaldırdırılan problemlər haqqında aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını, qısa zaman kəsiyində həyata keşirilməsinə çalışacağıq. Sonda ölkə prezdenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətindən söhbət açdı. Rayonumuzda  aparılan quruculuq-abadlıq işləri haqqında məlumat verən cənab Adil Məmmədov ölkə rəhbərinə öz təşəkkürünü bildirdi.

 

Keçidlər