“Şəhidlik anlayışı”
Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətən sevgisi imandandır” adlı layihə çərçivəsində “Şəhidlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavid Əhmədov və Elnur Mehdiyev, Qobustan RİH Başçısının Çalov və Cəyirli kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Mehdiyev, Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının sədri Elman Qayıbov, Xilmilli kəndi məscidi dini icmasının sədri Mehralı Muradov o cümlədən kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirini müavini Aftandil Şikarov şəhidlik anlayışından, vətən yolunda şəhid olanların örnək həyatından bəhs edərək bildirib ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Daha sonra o, ölkə prezidentimiz cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğı və diqqətdən ətraflı danışdı. Həmçinin o bildirdi ki, rayonumuzda da şəhid ailələrinin problemləri daim rayon rəhbərliyinin diqqət mərkəzində olmuşdur.
Tədbirdə çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev bildirib ki, xalqımızın keçdiyi uzun bir tarixi inkişaf yolunda azadlıq, istiqlal uğrunda canlarından keçən şəhidlərimizin qanları bahasına qazandığı azadlığı qorumaq, onu yaşatmaq hər birimizin vətən qarşısındakı müqəddəs borcudur.
Daha sonra çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan RİH Başçısının Çalov və Cəyirli kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Mehdiyev, Qobustan şəhəri “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, və digərləri xalqımızın şəhidlik salnaməsindən, qanlı yanvar, Xocalı faciəsi, mart soyqırımı kimi ağrılı anlarımızdan danışaraq bildirmişlər ki, azadlıq və müstəqillik şəhidlərimizin qanları və canları bahasına qazanılıb.
Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.