Qobustan rayon Cəyirli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.
Qobustan rayon Cəyirli kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Cəyirli kənd İƏD üzrə nümayəndə Rahib Mehtiyev hesabat verərək il ərzində Cəyirli kəndində görülən işlər barədə danişdı. Cəyirli kəndinin ümumi ərazisi 3435 hektar, əhalisi isə 2679 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 5527 hektardır. Kənddə 549 təsərrüfat var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Sonra kənd əhalisindən Ağayev Ağakişi Baladadaş oğlu, Baloğlanov Əlbayram Allahverdi oğlu, Səmədov Xələfməmməd Umud oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdilər. Kənd əhalisinin rahatlığı üçün kəndin yuxarı hissəsinə içməli suyun çəkilməsini, kənd daxili elektrik dirəklərinin təmirini, nümayəndəlik ərazisində yeni standartlara uyğun tibb məntəqəsinin tikintisini və kəndə gələn yolun asfaltlanmasını xahiş etdilər.
Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu bildirdi. Cəyirli kəndində əhalinin problemləri ilə yerindəcə tanış olmaq üçün bu kənddə iştirak etdiyini bildirdi. Sonra İcra başçısı əkinçiliyə vaxt ayıraraq əkinə yararlı olan torpaq sahəslərinin hamsının əkilməsinin yaxşı bir hal olduğunu qeyd etdi. Cəyirli kəndində ziyanvericilərə qarşı mübarizə aparmaq üçün İƏD üzrə nümayəndə R.Mehtiyevə fermerlərlə bu barədə maarifləndirici tədbir aparmasını və qısa zamanda öz həllini tapmasını tapşırdı. Sonda ölkə prezdenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətindən söhbət açdı. Rayonumuzda aparılan quruculuq-abadlıq işləri haqqında məlumat verən cənab Adil Məmmədov ölkə rəhbərinə öz təşəkkürünü bildirdi.