Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması barədə şura iclası keçirildi.
07 fevral 2019 -cu il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin akt zalında RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması barədə şura iclası keçirildi.
Şura iclasında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elman Mikayılov çıxış etdi:
Məlumat verərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi və Hüquq şöbəsi tərəfindən Cəyirli, Nabur, Təklə Mirzəbaba, Bədəlli, Ərəbqədim və Ərəbşalbaş İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində əmək intizamını və kargüzarlıq işlərinin təlimata uyğun aparılmasına dair 5 fevral 2019-ci il tarixində yoxlama aparılmışdır.
Arayışı oxuduqdan sonra yekun olaraq bildirdi ki, Cəyirli, Nabur, Təklə Mirzəbaba, Bədəlli, Ərəbqədim və Ərəbşalbaş İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində sənədləşmə və kargüzarlıq işləri qənaətbəxş deyil. Yoxlama apararkən məlum oldu ki, Cəyirli , Nabur, Təklə Mirzəbaba, Bədəlli, Ərəbqədim və Ərəbşalbaş İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində nümayəndə və müavinləri demək olar ki, "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a, “Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikasının Qanununa, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”-yə əsasən işlərini qurmalıdırlar. Nabur, Təklə Mirzəbaba və Ərəbqədim İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin sənədləşmə işinə baxanda Cəyirli, Bədəlli və Ərəbşalbaş İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin sənədləşmə işini normal hesab etmək olar.
Şuranın qərarına əsasən Təklə Mirzəbaba, Ərəbqədim və Nabur İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin işlərində verdiyi nöqsanlara görə xəbərdarlıq edilsin, həmin nöqsanların aradan qaldırılması üçün İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrə, onların müavinlərinə 1 ay vaxt verildi. Qərarın icrasına nəzarət Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri E.Mikayılova tapşırıldı.