Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin müdafiəsinə hazıram!”

15 fevral 2019 | 16:00

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gənclər Fondu Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdikləri “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlandı. Sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün söz tədbirimizə ev sahibliyi edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısının müavini Məharət Əkbərova verildi. O da bir döyüş iştirakçısı kimi bu tədbiri təşkil etdikləri üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gənclər Fondunun əməkdaşlarına təşəkkür etdi.

   Sonra çıxış üçün söz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Niyaz Məmmədova, SHXÇDX- nin Qobustan rayon bölməsinin rəisi mayor İxdiyar Əhmədova, tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı son illər gənclərdə hərbi peşəyə marağın artdığına diqqət çəkiblər.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq müxtəlif layihələr, tədbirlər və müsabiqələr həyata keçirir.

Tədbirin sonunda öz xüsusi səsinin ahəngi ilə fərqlənən Şəmistan Əlizamanlı hərbi mahnıların mahir ifaçısı kimi çıxış etdi. 

 

Keçidlər