Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənə bağlılıq”

12 fevral 2019 | 16:00

Fevralin 12-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Qobustan rayonu Çalov kənd  məscidində “Vətən sevgisi imandandır” adlı layihə çərçivəsində  “Vətənə bağlılıq”  mövzusunda   maarifləndirici tədbir keçirilib
       Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan rayon Çalov kənd ümumi orta məktəbin direktoru Nemət Alcanov, Qobustan rayon Cəyirli kənd ümumi orta məktəbin direktoru Ağakərim Şirinov, Qobustan rayon Cəyirli kənd məscidi dini icmasının sədri Məzahir Axundov, Qobustan rayon Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov və kənd ictimaiyyəti iştirak edib.
         Çıxışlar zamanı bildirilib ki, vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, dilimizə, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır.  O insan vətənə bağlıdır ki, doğma Vətənini müdafiə etsin bayrağını uca tutsun. Dinimizdə “Vətəni sevmək  imandandır” buyurulur. Bu o deməkdir ki, əgər bir qəlbdə iman varsa, mütləq Vətən sevgisi də olmalıdır.
      Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.

Keçidlər