Şriftin ölçüsü :

Saytın rəngi :

"Bəklə kənd sakinləri ilə səyyar görüş"

16 fevral 2019 | 16:00

2019-cu il fevral ayının 15-də, Bəklə kənd ümumi orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Bəklə kənd sakinləri ilə səyyar görüşü keçirdi. Görüşdə Hüquq Mühafizə orqanları, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər