“Şəhidlərimiz qürur mənbəyimizdir”
Fevralin 21-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətəni sevgisi imandandır” adlı layihə çərçivəsində “Şəhidlərimiz qürur mənbəyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Dini Qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan RİH Başçısının Çalov və Cəyirli kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Mehdiyev, Çalov kənd ümumi orta məktəbin direktoru Nemət Alcanov, Cəyirli kənd tam orta məktəbinin direktoru Məsud Əliyev, Qobustan rayon Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, şəhidlik insanın Vətənə olan sevgisinin ən ali məqamıdır. Şəhidlər Vətən uğrunda savaşdan məğrurluqla çıxıb, bir anın içində Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Məhz buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir.
Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.