Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Nardaran kənd sakinləri ilə səyyar görüşü keçirdi
22 fevral 2019 | 16:00
2019-cu il fevral ayının 22-də, Nardaran kənd ümumi orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Nardaran kənd sakinləri ilə səyyar görüşü keçirdi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.