Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Göydərə kənd ümumi orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Göydərə kənd sakinləri ilə səyyar görüş keçirdi.

12 aprel 2019 | 16:00

Qobustan rayon Göydərə kənd ümumi orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Göydərə kənd sakinləri ilə səyyar görüş keçirdi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər