Şriftin ölçüsü :

Saytın rəngi :

BİRİNCİ RÜBÜN YEKUNLARINA HƏSR OLUNMUŞ ŞURA İCLASI KEÇİRİLDİ

17 aprel 2015 | 15:00

BİRİNCİ RÜBÜN YEKUNLARINA HƏSR OLUNMUŞ ŞURA İCLASI KEÇİRİLDİ

      Aprelin 17-də Rayon Gənclər Mərkəzində Qobustan rayonu İcra hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilmişdir. Şura iclasında “2015-ci ilin 3 ayı ərzində Qobustan rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə hesabat” müzakirə edildi.
      İclasda  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, RİH başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
      İclası giriş sözü ilə açan Qobustan rayonu İcra hakimiyyətinin başçısı Adil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət rəhbərinin nitqindən irəli gələn vəzifələri iştirakçıların diqqətinə çatdırıb.
     Daha sonra hesabat məruzəsi dinlənilib. Məruzədə cari ilin birinci rübündə sosial-iqtisadi, aqrar, ictimai-siyasi sahədə görülən işlər, əldə olunan uğurlar öz əksini tapıb. Çıxışda həmçinin keçən il və cari ildə inşasına, yenidən qurulmasına başlanılmış, 2015-ci ilin sonuna kimi açılışı nəzərdə tutulan layihələr barədə  məlumat  verilib.
    Məruzədə həmçinin birinci rübdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.
    Daha sonra çıxış edən Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəhriyar Soltan, Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn,Sukanal İdarəsinin müdiri Ətraf Babayev, Bölgə Təcrübə Stansiyasının müdiri Atabəy Cahangirov, Bitki Mühafizə İdarəsinin rəisi Vəlican Bələdov, Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vidadi Museyibov  qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən danışdılar. Çıxışlarda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində əldə edilmiş uğurlar səsləndirilib və hesabat dövründə görülən işlərin bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyi vurğulanıb.
    Sonda Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Elnur Ağaliyev  tərəfindən Şura iclasının qərar layihəsi oxundu.
    İclasa yekun vuran Qobustan rayonu İcra hakimiyyətinin başçısı Adil Məmmədov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.

Keçidlər