Şriftin ölçüsü :

Saytın rəngi :

"9 may - Faşizim üzərində qələbə günü"

09 may 2019 | 16:00

Tədbir "9 may - Faşizim üzərində qələbə günü" ilə əlaqədar II dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül qoyluması ilə başlandı sonra Qobustan rayon İcra Hakimiyyəti başçısı cənab Adil Məmmədov çıxış edərək Qələbə günü münasibəti ilə tədbir iştirakçılarını  təbrik etdi. Böyük Vətən müharibəsi illərindən danışaraq qeyd etdi ki, Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verıb. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Arxa cəbhədə də böyük şücaət göstərən Azərbaycan xalqı həm neft, həm də digər təsərrüfat məhsulları ilə cəbhəni təchiz edirdi. Qobustan rayonundan da müharibədə yüzlərlə adam iştirak etmiş.

   Sonra natiq Dağlıq Qarabağ münaqişəsindən danışaraq  qeyd etdi ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünün qorunmasında böyük qəhrəmanlıqlar göstərmişdir.Yüzlərlə Azərbaycan oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Çıxışının sonunda A.Məmmədov Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində  Azərbaycanın işğal olunmuş torpaqlarının azad ediləcəyini və bu bayramların Qarabağ torpağında keçiriləcəyini qeyd etdi.


 

Keçidlər