Qobustan rayonunda Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.
Qobustan rayonunda Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbir Qobustan rayon Heydər Əliyev parkında Ulu Öndərin abidəsinin önünə gül qoyma mərasimi ilə başladı. Sonra Qobustan şəhərində 2 saylı Uşaq Bağçasına baxış keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatı üzrə sədri Füzuli Gülaliyev, Qobustan rayon prokroru kiçik ədliyyə müşaviri cənab Ramin Hüseynov çıxış etdilər. Sonra Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov çıxış edərək bildirdi ki, bu gün bütün Azərbaycan xalqı öz xilaskarı, Ümummilli Lideri Heydər Əliyevin doğum gününü qeyd edir, Ulu öndərin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anır. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir: Lakin xalqımız bu dahinin nurlu xatirəsini bir an belə unutmur, onun idealarına böyük sədaqət nümayiş etdirir.
Anadan olmasının 96-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyev dərin zəkası, lider xarizması, milli ideallara, adət-ənənələrə sıx bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ imperiyanın ideoloji repressiya maşınının sərtliklə işə düşdüyü bir dövrdə-70-80-cı illərində “Qoy ədalət zəfər çalsın”şüarını dövrünün ictimai çağırışına çevirməyi bacarmışdır. Böyük strateq qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın bəşəri hüquqlarının əzmkar və cəfakeş müdafiəsinə çevirməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Bu günün zirvəsindən baxdıqda sovet rejiminin ideoloji qaliblərinin hökm sürdüyü həmin illərdə ulu öndər Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, haqqı-nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri qabarıq sezilir.
Böyük şəxsiyyət bütün maneələri adlayaraq Azərbaycanın milli konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Böyük öndər ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının formalaşdırılmasını qeyri-mümkün hesab etmiş, bunun üçün ilk növbədə məhkəmə-hüquq sistemində dövrün tələbinə cavab verən mütərəqqi islahatların aparılmasına nail olmuşdur.
Sonda tədbir konsert proqramı ilə davam etdi.