Əməkdar Mədəniyyət İşçisi
Bu gün Azərbaycan aşıq sənətinin inkşafında xususi xidmətləri olmuş Aşıq Abbas Musaxanoğlu Cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülüb. Təbrik edirik!
Qobustan rayon aşıq mühitinin tanınmış nümayəndələrindən biri də Aşıq Abbas Musaxanoğludur. Sənət şəcərəsinə görə Şirvanın ustad sənətkarlarının nəslinə mənsub olan Aşıq Abbasın sənət yolu müasir Şirvan aşıqlığının ən mükəmməl sənət ənənələrini davam etdirməsilə diqqəti çəkir. Aşıq Abbas Musaxanoğlu müasir Şirvan aşıqlarına xas olan saz, söz və ifaçılıq ənənələrini öz yaradıcılığında davam etdirib və bu möhtəşəm irsi daha da zənginləşdirib. Onun yaradıcılığında diqqəti çəkən məqamlardan biri budur ki, şeirdə, poeziyada ifadə olunan Şirvanın təbii gözəlliyi, insan mənəviyyatının gözəlliyi və bunları ən nikbin və kamil bir şəkildə tərənnüm edən sənət gözəlliyi harmoniya yaradır. Şirvana məxsus olan yüksək mədəni-mənəvi dəyərlər, əxlaq və davranış, mərifət və sənət, təbiət gözəlliklərindən insanı daxili dünyasının təqdimində optimal istifadə olunması aşığın yaradıcılığını səciyyələndirən əsas göstəricilərindən sayılır. Aşığın yaradıcılığında bir tərəfdən mənsub olduğu sənət şəcərəsindən gələn ənənələr davam etdirilir, başqa tərəfdən isə fərdi yaradıcılıq hesabına bu ənənə daha da zənginləşdirilir.