Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhər sakinləri ilə səyyar görüş keçirdi.

24 may 2019 | 16:00

 Qobustan şəhər əhalisi əsasən heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğuldur. Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov şəhər sakinlərinin problemlərini, təklif və istəklərini dinləmək üçün 24 may 2019-ci il tarixdə Qobustan şəhər 1 saylı tam orta məktəbdə səyyar görüş-qəbul keçirmişdir. Tədbiri giriş nitqi ilə açan İƏD üzrə nümayəndə Məlikağa Əhədov gələn qonaqları salamlayaraq rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə prezdenti cənab İlham Əliyevə şəhər sakinləri adından təşəkkür etdi. Sonra RİH-nin başçısı Adil Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qobustan rayonuna səfərləri, dövlətimizin, və dövlət rəhbərinin rayonumuza diqqəti və qayğısı barədə sakinlərə məlumat verib. RİH başçısı bildirib ki, çoxsaylı sosial, istehsal, emal, infrastruktur obyektlərinin, yeni yolların açılışı, səfərdən sonra cənab Prezidentin qəbul etdiyi sərəncamlar Qobustan rayonunun geniş miqyasda, çoxistiqamətli inkişafı üçün möhkəm əsas yaradır. Hər bir inzibati ərazi dairəsi, hər bir kənd, hər bir rayon sakini qarşıya qoyulmuş vəzifələrin, yeni layihələrin həyata keçirilməsi üçün fədakarlıqla çalışmalıdır.
   İcra hakimiyyətinin başçısı daha sonra şəhərin həlli vacib problemlərindən və onların həlli yollarından danışıb. Qeyd edib ki, vətəndaşlar hər bir addımda, hər bir fəaliyyət istiqamətində qanunçuluğa riayət etməli, xüsusilə də torpaqlardan  istifadə, tikinti məsələlərində, enerji resurslarından istifadədə diqqətli olmalıdırlar. Görüş zamanı vətəndaşlar şəhərdə yeni Tarix-Diyarşünaslıq Mərkəzinin tikilməsi və bədii ədəbiyyat kitablarının satışı üçün obyekt açılması ilə bağlı müraciət etmişlər. RİH başçısı qaldırılan məsələlənin həlli ilə bağlı aidiyyatı üzrə idarə-müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər