Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

08 sentyabr 2015 | 15:00

Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

       Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşü olub.
Müəllim və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov açaraq ali məktəblərə qəbul imtahanlarında məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 154 məzundan 101 nəfəri tələbə adını qazanıb.
Qəbul imtahanlarında Qobustan şəhər 1 saylı tam orta məktəbin məzunu Abbaszadə Abbas rayon üzrə ən yüksək nəticə - 626 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Menecment  fakültəsinə daxil olub. Məzunlardan 3 nəfəri 600-dən,11 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ali məktəblərə daxil olan gəncləri tələbə adına layiq görülmələri münasibətilə təbrik edib, onlara vətənimizə, xalqımıza gərəkli mütəxəssis kimi yetişməyi arzulayıb, müəllimlərin və valideynlərin etimadını doğrultmağı, rayonun adını daim uca tutmağı tövsiyə edib.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Füzuli Gülalıyev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Lalə Maxsudova, Qobustan şəhər 1 saylı tam orta məktəbin müəllimi Xəyalə Ramazanova, Şəhər 3 saylı tam orta məktəbin müəllimi Sədaqət Məhərrəmova, həmçinin yüksək balla ali məktəbə daxil olan  Abbaszadə Abbas, Nəzərov Elcan, valideynlər adından Cavadov Elxan, Gülverdiyev Namiq çıxış edərək ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
     Tədbirdə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərən tələbələrə fəxri fərman və hədiyyələr təqdim olunub.
      Rayon Gənclər və İdman idarəsinin rəisi təhsil sahəsi ilə yanaşı, idman sahəsində qazanılan nailiyyətləri də qeyd etmişdir. Belə ki, Zirvə Beynəlxalq İdman Klubunun 3 yaş qrupunda təşkil etdiyi 9-cu dünya kubokunda yeniyetmələr arasında Baxışov İsmayıl 193 kq nəticə ilə 4-cü yerə, böyüklər arasında Dadaşbəyli Dadaş 397 kq nəticə ilə 1-ci yerə layiq görülmüşdür. Bu gənc idmançıların yetişdirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə UGİM-nin ağır atletika bölməsi üzrə məşqçi-müəllim Səfərli Şəmsi də Rayon İcra Hakimiyyəti , Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılmışdır.

Keçidlər