Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Polisinin yaranması münasibətilə Qobustan rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib

02 iyul 2019 | 16:00

İyul 2-də Azərbaycan Polisinin yaranması münasibətilə Qobustan rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib. Qobustan Rayon Polis Şöbəsində keçirilən tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov, Qobustan Rayon Polis İdarəsinin rəisi Etibar Babayev, Qobustan Rayon Prokuroru Ramin Hüseynov və Polis İdarəsinin şəxsi heyəti iştirak edib.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov çıxış edərək Azərbaycan Polisi Gününün yaranması tarixindən və bu gün bu sahədə əldə edilən uğurlardan danışdı. Natiq daxili işlər orqanlarının əməkdaşlarına xidmətdə uğurlar arzuladı. Sonra tədbirdə çıxış edən Qobustan Rayon Polis İdarəsinin rəisi Etibar Babayev, Qobustan Rayon Prokuroru Ramin Hüseynov şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edərək onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladılar. Natiqlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğuladılar.

Keçidlər