Qobustan rayon Poladlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi.
Qobustan rayon Poladlı kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Poladlı kənd üzrə nümayəndə Ağayev Teymur hesabat verərək il ərzində kənddə görülən işlər barədə danişdı. Poladlı kəndinin ümumi ərazisi 8469 hektar, əhalisi isə 1820 nəfərdir. Kəndin əkinə yararlı sahəsi 1690 hektardır. Kənddə 430 təsərrüfat 273 yaşayış evi var. O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Xüsusi ilə nar bağları vətəndaşlar üçün əhəmiyyətlidir.
Sonra kənd əhalisindən Quliyev Mürvət Qalib oğlu, Şirəliyev Əhsən Həsənxan oğlu, Bəndəliyev Nurəddin Səməndər oğlu, İsmayılov Tofiq Soltan oğlu və başqa vətəndaşlar çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Prezidentimizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Kənd əhalisinin rahatlığı üçün kənd məktəbinin əsaslı təmir olunmasını xahiş etdilər.
Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu və aidiyyatı üzrə işlər görüldüyünü bildirdi. Yol ilə bağlı onu qeyd etdi ki, bir neçə ildir 6 yaşayış məntəqəsini birləşdirən Qobustan - Poladlı yolunun çəkilməsinə artıq nail olmuşuq. Artıq bu kəndimizdə də yol problemi öz müsbət həllini tapdı. Kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkinlərin vaxtında düzgün biçilməsini tapşırdı. Sonra qeyd etdi ki, rayonumuza göstərilən bu qayğıya görə cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.
Vətəndaşlara bildirlidi ki, göstərilən məsələlər də tez bir zamanda öz həllini tapacaq.