Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Sündü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi.

26 iyul 2019 | 16:00

    Qobustan rayon Sündü kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirtdi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak edirdi. İlk öncə Sündü kənd İƏD üzrə nümayəndə Fədai Balaqardaşov hesabat verərək  il ərzində Sündü kəndində görülən işlər barədə danişdı. Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1 kəndi Sündü kəndini əhatə edir.Kəndimiz rayon mərkəzindən 17 km-lik məsafədə yerləşir.3100 nəfər əhali yaşayır. 629 təsərrüfatdan ibarətdir. Ümumi torpaq sahəsi 3776 hektardır.Bundan 2219 hektarı əkinə yararlı və digər tarpaqlardan ibarətdir.Kənddə 1 tam orta məktəb,1 ümumi orta məktəb,1 uşaq baxçası,1 mədəniyyət evi, 20 çarpayılıq xəstəxana,1 kitabxana,1 un dəyirmanı, 150 yerlik ATS, 3 mağaza və digər sosial obyektlər fəaliyyət göstərir. Kənd əhalisinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

  Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov çıxış etdi. Kəndin problemləri ilə yaxından tanış olduğunu bildirdi. 2019- ci ildə ikinci dəfədir ki, Sündü kəndində əhalinin problemləri ilə yerindəcə tanış olmaq üçün bu kənddə iştirak etdiyini bildirdi. Sonra İcra Başçısı əkinçiliyə vaxt ayıraraq 2219 ha əkinə yararlı olan torpaq sahəsindən 2150 hektar əkilməsinin yaxşı hal olduğunu qeyd etdi. Sündü kəndində ziyanvericilərə qarşı mübarizə aparmaq üçün  İƏD üzrə nümayəndə F.Balaqardaşova fermerlərlə bu barədə maarifləndirici tədbir aparmasını və qısa zamanda öz həllini tapmasını tapşırdı.

  Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər