Qobustan Rayon İcra Hakimiyyətinin başçısının Ərəbşalbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi
09 avqust 2019 | 16:00
Qobustan rayon Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayyəndəliyində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ərəbşalbaş kənd sakinləri ilə səyyar görüş keçirtdi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.