Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllü”lərinə sertifikatlar təqdim olunub

10 sentyabr 2019 | 16:00

Qobustan Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinə sertifikatlar təqdim olunub. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavinləri və könüllülər iştirak edib.

   Bu dəfə 4 könüllü əsasən  icra hakimiyyətinin aparatında 2 ay müddətində təcrübə keçiblər.

   Sertifikatların təqdimetmə tədbirində bildirilib ki, hazırda respublika ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var. Qeyd edilib ki, könüllülük hərəkatının inkişafından 3 tərəf bəhrələnir: ilk növbədə, könüllü özü bəhrələnir. O, çalışdığı sahədə böyük təcrübə əldə edir, özü üçün yeni strategiyalar müəyyənləşdirir. Könüllülük fəaliyyəti onların fərdi inkişafına təsir edir və gələcək kadr kimi formalaşdırır. 2-ci bir tərəf isə müəssisənin özüdür. Belə ki, gündəlik fəaliyyətinə könüllüləri əlavə etməklə özünün iş yükünü bir qədər yüngülləşdirir, gəncləri fəaliyyət sahələrinə cəlb edir. 3-cü tərəf isə vətəndaşdır. Vətəndaş müəssisəyə yaxınlaşdıqda onu elə qapıdaca cavan, gülərüz, işləməyə həvəsli gənc könüllününün qarşılaması, onu lazımi yönə istiqamətləndirməsi və müraciət etdiyi məsələ ilə bağlı köməklik göstərməsi vətəndaş məmnunluğu yaradır. Beləcə könüllü + müəssisə + vətəndaş üçbucağı nəticədə tərəflərin səmərə əldə etməsinə dəlalət edir. Burada başlıca rolu isə məhz könüllülər oynayır.

Sonda könüllərə sertifikatlar təqdim edilib.

Keçidlər