“Qarabağ Azərbaycandır və nida işarəsi”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında etdiyi çıxışında verdiyi bəyanat "Qarabağ Azərbaycandır və nida işarəsi" bu gün Qobustan rayon Cəyirli kənd R.Hüseynov adına ümumi orta məktəbin İngilis dili müəllimi Aynur Axundova və rəhbəri olduğu 5-ci sinif şagirdləri ilə birgə dərsdən sonra müzakirə edilib, mövzu ilə əlaqədar palkatlar hazırlanıb, müxtəlif vətənpərvər şeirlər və mahnılar səsləndirilib. Sinif rəhbəri A. Axundova uşaqlarla ana vətən, Qarabağ haqqında söhbətlər aparıb və tövsiyələr verib. Şagirdləri ilə birgə cənab Prezidentə dəstək olduqlarını bildiriblər. Cənab Prezidentin Qarabağ və Azərbaycan naminə apardığı siyasəti dəstəklədiklərini nümayiş etdiriblər.