Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançımız avropa çempionu

14 oktyabr 2015 | 15:00

İdmançımız avropa çempionu

Oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçirilmişdir.Yarışda Azərbaycan milli komandasının idmançıları uğurlu çıxışları ilə yüksək nəticə göstərmişlər. Yaşı 20-yə qədər olan atletlərin 105 kq çəki dərəcəsində rayonumuzun fəxri olan Dadaş Dadaşbəyli göstərdiyi nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Dadaş Dadaşbəyli  birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. O, 165, 170 və 176 kq-lıq ştanqı başı üzərinə qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib.
Təkanla qaldırma hərəkətində də Dadaşbəyli əla çıxış etdi. O, ilk yanaşmasında 200 kq-ı ram etdi. Bu nəticə ona toplamda Avropa çempionluğu üçün yetərli oldu.      İkinci yanaşmasında 206 kq-ı başı üzərinə rahatlıqla qaldıran atletimiz həm də təkanla qaldırma hərəkətində qızıl medala sahib çıxdı.
Beləliklə, toplamda 382 kq (176+206) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada Avropa çempionu adını qazandı. Onu təbrik edir, gözəl çıxış, möhtəşəm, inamlı qələbəyə görə təşəkkür edirik!
Dadaş Dadaşbəyli buna qədər yeniyetmələr və gənclər arasında Avropa birincliklərinin gümüş mükafatçısı, Azərbaycan çempionu, “Zirvə Kuboku”nun sahibi və “Zirvə” İdman Klubunun Dünya Çempionatının üçqat qalibi idi.

Keçidlər