Qobustan rayonunda “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən tur-aksiyasında iştirak edən şagirdlərin yüksək səviyyədə yola salınma mərasimi təşkil edildi.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tövsiyəsi və Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq ənənəvi olaraq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.
Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ölkəmizdə ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 12 tur-aksiya təşkil edilib.