Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda idmanın kütləviliyinin artırılması daim diqqət mərkəzindədir.

23 dekabr 2015 | 16:00

Rayonumuzda idmanın kütləviliyinin artırılması daim diqqət mərkəzindədir.

Rayonumuzda idmanın kütləviliyinin artırılması və ixtisaslı idmançıların yetişdirilməsi məqsədi ilə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmişdir. 02 dekabr 2015-ci il tarixdə Qobustan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Uşaq-Gənclər İdman məktəbinin güləş zalında 2002-2004-cü il təvvəlüdlü oğlanlar , 14 dekabr 2015-ci il tarixdə  1999-2001-ci il təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə Qobustan rayon açıq birinciliyi keçirilmişdir. 19 dekabr 2015-ci il tarixdə Qobustan rayon İdman Kompleksində Rayon İcra Hakimiyyətinin dəstəyi , Azərbaycan Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyası və Qobustan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qocyu-Ryu Karate-Do və Kempo-Ryu, Kobudo üzrə yeniyetmələr, gənclər, qızlar və kişilər arasında Açıq Respublika turniri keçirilmişdir.
Yarış açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
Açılış mərasimində  Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Məharət Əkbərov çıxış edərək, ölkədə idman siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev  gənclərin sağlam ruhda böyüməsi, idmana və idmançılara göstərdiyi diqqət və qayğı, ölkəmizin idman ölkəsi kimi tanınması üçün gördüyü işlər barədə ətraflı məlumat vermiş və bu siyasətin onun layiqli davamçısı olan ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin  Prezidenti İlham Əliyev tərəfindən  uğurla davam etdirildiyini bildirmişdir. Digər çıxış edənlər də, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev idmanın və bədən tərbiyəsinin inkişafına  daim qayğı ilə yanaşdığını, gənclərin fiziki və mənəvi inkişafı məsələsinə xüsusi diqqət göstərdiyini bildirmişlər. Azərbaycanın bütün dünyaya tanıtdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulamışlar.
Yarışda Qobustan rayon idmançıları komanda heasabında I yerə, Bakı şəhəri Xətai rayon komandası  II yerə, Bakı şəhər Qala komandası III yerə çıxmışlar.
Qaliblər  Qobustan  rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Keçidlər