Qobustan rayonunda “20 Yanvar” faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq” 20 Yanvar Milli Qürur günümüzdur” adlı rayon tədbiri keçirildi
Qobustan rayonunda“20 Yanvar” faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq” 20 Yanvar Milli Qürur günümüzdur” adlı rayon
tədbiri keçirildi
Yanvarın 20-də rayon ictimaiyyətinin iştirakı ilə anim mərasimi keçirildi. Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları şəhidlərin abidəsi önünə əklil qoydu.
Tədbir rayon İcra hakimiyyətinin akt zalında davam etdirildi. Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları geniş məruzə ilə çıxış etdi. Saat 12 -00 da 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhər 2 saylı, şəhər 3 saylı tam orta məktəblərinin və şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 yanvar Milli Qürur günümüzdür” adlı ədəbi-bədii kompozisiya keçirildi və videoçarx nümayiş etdirildi.