Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tibbi-profilaktik tədbirlər davam etdirilir.

27 mart 2020 | 16:00

Qobustan rayonunda koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tibbi-profilaktik tədbirlər davam etdirilir.

Qobustan rayon Gigiyena və Epidemiologiya Mərkəzi xüsusi gücləndirilmiş iş rejiminə keçib, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib.

Rayonda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış evlərində, evlərin giriş blokları və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr xüsusi olaraq dezinfeksiya məhlulları ilə yuyulur.

Bundan əlavə, mütəmadi olaraq sakinlərlə evdə qalmaları, habelə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə söhbətlər aparılır, 65 yaşdan yuxarı rayon sakinlərinə küçələrə çıxmamaları tövsiyə olunur.

Keçidlər