Şriftin ölçüsü :

Saytın rəngi :

“İşsizin Dostu”

08 aprel 2020 | 16:00

ELAN

       Azərbaycan Respublikası Prezidentinin tapşırğına əsasən Koronavirus (COVID-19) pandemiyası dövründə işsiz şəxslərin bir qisminin 2 aylıq müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə Qobustan rayonunda yaradılmış 130 yeni iş yerinə qəbul üçün telefon və ya email vasitəsilə müraciətlər qəbul edilir:
      İşə götürülənlər  ictimai iş yerləri üzrə dizenfeksiya işlərini həyata keçirən orqanlarda köməkçilər (küçələrin, bağların, ictimai iaşə yerlərinin və həyətyanı sahələrinin dizenfeksiyası), 65 yaşdan yuxarı tənha şəxslər üçün xidmətlərin göstərilməsi (ərzaq, dərman vasitələrinin çatdırılması və s.) və hazırda tətbiq olunan digər işlərə cəlb ediləcəkdir. Aylıq əmək haqqı 250 manatdır.
      İctimai işlərə cəlb olunmaq üçün vətəndaşlar Qobustan rayonu İcra hakimiyyətində yaradılmış Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin qaynar xəttinə      (245-23-99; 245-22-60), Qobustan rayonu Məşğulluq Mərkəzinin qaynar xəttinə (245-21-87), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin qaynar xəttinə və ya mail@qobustan-ih.gov.az,  info@qobustan-ih.gov.az elektron ünvanlarına müraciət edə bilərlər.    

   
Qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıdakı şəxslərə işsiz statusu verilmir və ictimai işə qəbul edilməsi mümkün deyildir.

1. Muzdla işləyənlər
2. Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər
3. Sahibkarlar,
4. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar
5. Ailə kəndli təsərrüfatının üzvləri
6. Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər
7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər
8. Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar

Keçidlər