Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları daxili imkanları hesabına imkansız ailələrə, ahıl və tənha rayon sakinlərinə maddi və mənəvi köməklik göstərirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkə vətəndaşlarını həmrəyliyə çağırışına cavab olaraq Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları daxili imkanları hesabına imkansız ailələrə, ahıl və tənha rayon sakinlərinə maddi və mənəvi köməklik göstərirlər. Yardım, həmçinin, rayon ərazisində yaşayan azsaylı xalqların nümayəndələrinə də edilir. Bu ənənənin davamı olaraq 19 aprel 2020 - ci il tarixdə rayonun Xilmilli kənd " Molokan ruhani-xristian" dini icmasının üzvləri İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Pasxa bayramı münasibətilə ziyarət edilmiş, ahıl və tənha icma üzvlərinə ərzaq sovqatı çatdırılmışdır. İcma üzvləri ilə söhbət əsnasında onlar koronavirusla mübarizədə vətəndaşlara göstərilən yüksək səviyyədə maddi və mənəvi qayğıya görə ölkə Prezidentinə və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.