Şriftin ölçüsü :

Saytın rəngi :

II Dünya Müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım verilir.

08 may 2020 | 16:00

II Dünya Müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım verilir.
     Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1 500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub. Qobustan rayon sakinləri Qasımov Bulut Qara oğlu və Şahaliyev Məhəmməd Məhəmməd oğlu cənab Prezidentimizin sərəncamı ilə verilən həmin birdəfəlik maddi yardım alan müharibə iştirakçıları Dövlət rəhbərinə öz təşəkkürlərini bildirdilər.

    Xatırladaq ki, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır.

   Bu istiqamətdə növbəti artım kimi, ötən ilki illə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb.

   Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov 2 Böyük Vətən Müharibəsi veteranına, 9 nəfər də arxa cəbhədə medalla təltif edilmiş müharibə iştirakçılarına qiymətli hədiyələr və fəxri fərman verdi.

Keçidlər