Ölkə başçısı Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalayıb
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki düşmən tərəfin mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi bu dəfə də uğursuzluqla nəticələndi. Azərbaycan Ordusunun igid, qəhrəman əsgər və zabitləri tərəfindən layiqli cavablarını alan və böyük itkilər verərək, geri otuzduruldular düşmən növbəti məğlubiyyət acısını dadmış oldu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə ordumuzun gücü qarşısında aciz duruma düşən ermənilər həmişə olduğu kimi bu dəfə də öz xislətlərinə uyğun olaraq dinc sakinlərə qarşı təxribata əl ataraq sakinlərin yaşadığı kəndlərə iri çaplı silahlardan atəş açmaqla təskinlik tapmağa çalışırdılar.
Hər dəfə böyük məğlubiyyətlə, el dili ilə desək başları əzilərək geri otuzdurulmuş düşmənlərin bu kimi təxribatlara əl atması onların acizliyinin bariz nümünəsidir.
Daima vətəndaşının yanında olan, onun maraqlarını və rifahını həmişə üstün tutan ölkə rəhbəri bu məsələyə də biganə qalmadı. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən tədbirlər planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.
Dəfələrlə təsdiq olunduğu kimi, Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır.